Ridli Skott

Ridli Skott

Rejissor

BİOQRAFİYA

Ser Ridli Skott 30 noyabr 1937-ci ildə İngiltərədə doğulub. "Yad", "Qladiator", "Cənnət krallığı", "Qanqster", "Yalanlar şəbəkəsi", "Qara şahin", "Martian" kimi məşhur tarixi və fantastik filmlərin rejissorudur. O, rejissor və prodüser Toni Skottun böyük qardaşıdır. Ən yaxşı debütə görə Kann Film Festivalının qalibi, beş dəfə BAFTA mükafatının nominantı və qalibi, üç dəfə isə "Oskar" və "Qızıl Qlobus" mükafatlarının nominantı və qalibi olub. Rejissor iki dəfə evli olub. Felisiti Heyvudla olan birinci nikahı 1964-cü ildən 1975-ci ilə kimi davam edib. İkinci həyat yoldaşı ilə nikahının ömrü isə 10 il sürüb (1979-1989). Onun iki oğlu Ceyk və Lük və qızı Cordan atasının addımları ilə gedərək rejissor olublar. Hazırda Skot 15 ildən çoxdur ki, vətəndaş nikahında olduğu aktrisa Canina Fazio (1955 təvəllüdlü) ilə yaşayır. Tez-tez onu öz filmlərinə epizodik rollara çəkir. Məsələn Canina “Oskar” mükafatlı “Qladiator” filmində baş qəhrəman general Maksimusun həyat yoldaşı rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ridley_Scott

 

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç