Maykl Bey

Maykl Bey

Rejissor, prodüser

BİOQRAFİYA

Maykl Bencamin Bey 17 fevral 1965-ci ildə Los-Anceles şəhərində (ABŞ) anadan olub. Maykl Bey övladlığa götürülüb və onu övladlığa götürən valideynləri böyüdüb. O, Ueslian universitetini bitirib. Təhsilini başa vurduqdan sonra musiqi sahəsində klipmeyker kimi fəalliyyət göstərib. O, Mit Louf, Riçard Marks, Donni Osmond, Layonel Riçi və Tina Törner kimi musiqiçilərlə işləyib. Bununla yanaşı, o, bir çox şirkətlər - "Nike", "Reebok", "Budweiser" və "Coca-Cola" kimi nəhəng şirkətlər üçün reklam çarxları çəkib; ən uğurlusu “Got Milk” üçün çəkdiyi reklamlardır. Bununla yanaşı, filmlər də çəkən Maykl Bey dövrümüzün ən yaxşı rejissorlarından biri hesab edilir. Çəkdiyi filmlər arasında "Qaya", "Armageddon", "Perl Harbor", "Ada" və "Transformerlər" var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_Bay

 

 

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç