Enqus MakFedyen

Enqus MakFedyen

Aktyor, ssenarist, rejissor

BİOQRAFİYA

Anqus Makfedyen 21 sentyabr 1963-cü ildə Böyük Britaniyanın Qlazqo şəhərində anadan olub. Uşaqlığı Fillippin, Sinqapur və Fransada keçib. Yeniyetməlik illərində Böyük Britaniyaya geri dönüb və təhsilini ölkəsində davam etdirib. Edinburq Universitetini, daha sonralar isə London Mərkəzi Dram Məktəbini bitirib. Aktyorun teledebütü 1991-ci ildə baş tutub. Kinoda daha çox “Cəsur Ürək” (1995) filmində şahzadə Robert De Brüs, “Ekvilibrium” (2002) utopik dramında Düpont, “Biz heyvanxana almışıq” filmində (2011) Piter Makkridi, “Mişar 4” (2007) qorxu filmində Ceff Denlon rolu ilə məşhurlaşıb. 2014-cü ildə “Dönüş: Vaşinqtonun casusları” serialına çəkilir. 2014-2015-ci illərdə “Pinkertonlar” serialında rol alıb. 2015-ci ildə “Tənqidçi” adlı qısametrajlı filmdə oynadığı rola görə “Shärt Select Award” mükafatı ilə təltif olunub. 2016-cı ildə “Makbet” roluna görə Edinburq Beynəlxalq Kinofestivalının mükafatını əldə edib. Heç vaxt rəsmi olaraq evli olmayıb. Bir müddət məşhur aktrisa Ketrin Zeta Consla görüşüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D1%84%D0%B0%D0%B4%D1%8C%D0%B5%D0%BD,_%D0%90%D0%BD%D0%B3%D1%83%D1%81

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç