Sofi Marso

Sofi Marso

Aktrisa, rejissor, ssenarist

BİOQRAFİYA
Sofi Marso 17 noyabr 1966-cı ildə Parisdə (Fransa) anadan olub. Atası sürücü, anası isə satıcı olub. 1980-ci ildə Sofi model agentliklərindən birinə yazılır. “La boum” filminin kastinqi zamanı Sofinin filmdə iştirakı təsdiqlənir. “La boum” filmi böyük uğur əldə edir və filmin davamını çəkirlər. Sofi bu filmdəki roluna görə “Sezar” mükafatına layiq görülüb. 16 yaşı olanda o, artıq Jerar Depardye ilə birlikdə rol alırdı. 1984-cü ildə Marso “Stuck in Love” filmində rol alıb. Ardınca “Mes nuits sont plus belles que vos jours” və “Nota Tserniafski” filmlərində iştirak edib. Bu filmlərdən sonra o, ölkəsinin ən sevilən və seçilən aktrisalarından birinə çevrilib. “Les chouans” filmi isə ona daha böyük uğur gətirir. Filmdəki roluna görə ilin ən romantik aktrisası seçilir. 1982-ci ildə o, özündən 26 yaş böyük polşalı rejissor Andje Julavki ilə görüşməyə başlayır. Qısa müddət sonra evlənirlər. 1995-ci ildə onların Vensan adlı oğlu dünyaya gəlib. Sonra Sofi amerikalı prodüser Cim Lemliyə görə ərindən boşanır. 2002-ci ildə isə prodüserdən Cüliet adlı qız dünyaya gətirir.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sophie_Marceau

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç