Con Ço

Con Ço

Aktyor, musiqiçi

BİOQRAFİYA

Con Yohan Ço 16 iyun 1972-ci ildə Koreyanın Seul şəhərində anadan olub. Altı yaşında olanda ailəsi Los-Anceles şəhərinə mühacirət edib. Herbert ali incəsənət məktəbini bitirib, daha sonra təhsilini Berkli şəhərində yerləşən Kaliforniya Universitetində davam etdirib. Co karyerasına model olaraq başlayıb (Koreya jurnallarına poz verib), 90-cı illərdə bir neçə epizodik və ikincidərəcəli rolu olub. “Harold və Kumarın məzuniyyəti” komediya filmində oynadığı rolla məşhurlaşıb. Daha çox “Amerika piroqu” (1999-2012) və “Harold və Kumar” (2004-2011) komediya silsiləsindən olan filmlərdə oynadığı rollara görə tanınır. Ço bundan başqa “Ulduz yolu”, “Startrek: Qisas” və “Startrek: Sonsuzluq” filmlərində rol alıb, “Nə baş verəcəyini xatırla” teleserialında baş rolu ifa edib. Yapon əsilli amerikalı aktrisa Kerri Hiquçi ilə evlidir. 2008 təvəllüdlü oğlu və 2013-cü il təvəllüdlü qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%BE,_%D0%94%D0%B6%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç