Karl Urban

Karl Urban

Aktyor

BİOQRAFİYA

Karl-Haynz Urban 7 iyun 1972-ci ildə Yeni Zelandiyanın Vellinqton şəhərində anadan olub. Səkkiz yaşından etibarən televiziya proqramlarında çıxış edib. Vellinqtondakı Viktoriya Universitetinin nəzdində olan kilsə məktəbində təhsil alıb. Lakin kilsə təhsili onu sürətlə inkişaf edən kino karyerasını inkişaf etdirməkdən çəkindirmir. "Hakim Dredd 3D" ingilis filmində hakim Dredd rolu, "Ulduz yolu" filmində Leonard MakKoy, "Üzüklər hökmdarı" trilogiyasında Eomer, "Zena - döyüşçülər kraliçası" filmində Sezar rolunu canlandırıb. Kinoda ilk rolunu – 1991-ci ildə mavi ekranlara çıxan “Parkda gəzən köpəkbalığı” sabun operasında oynayıb. 1993-cü ildə “Şortland-Strit” filminin çəkilişlərinə dəvət olunub. 90-cı illərin ortalarında “Zena-döyüşçülərin kraliçası” və “Heraklın inanılmaz sərgüzəştləri” kimi məşhur Amerika seriallarına epizodik və ya ikinci plan rollara çəkilib. Karyerasında ən əlamətdar rol 2001-ci ildə dünya premyerası baş tutmuş “Süd qiymətinə” dramında oynadığı fermer roludur. 2004-cü ildə uzun illər sevgi münasibətində olduğu qrim ustası Natali Vionji ilə ailə qurub. Cütlüyün 2000 və 2005-ci il təvəllüdlü 2 övladı var. Kiçik oğluna məşhur kino personajı İndiana Consun adı verilib. Cütlük 2014-cü ilin iyun ayında yollarını ayırıb. 2014-cü ilin noyabr ayından bəri aktrisa Keti Sakhoffla görüşür.

Ətraflı məlumat üçün linkə basın:
https://en.wikipedia.org/wiki/Karl_Urban

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç