Maykl Keymen

Maykl Keymen

Bəstəkar

BİOQRAFİYA
Maykl Keymen 15 aprel 1948-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Amerika bəstəkarı, orkestr rəhbəri, aranjiman, şairdir. 1992-ci ildə "Ən yaxşı instrumental performans" üçün "Grammy" mükafatı qazanır. Keymen əvvəlcə Nyu-York Musiqi və Sənət Məktəbinə (New York High School of Music & Art), sonra məşhur Culliard məktəbinə (The Juilliard School) gedir. Keymen Amerika Birləşmiş Ştatlarının musiqi təhsilini dəstəkləyən, musiqi proqramları və musiqi alətləri təminatı ilə bağlı qeyri-kommersiya təşkilatı yaradır. 2005-ci ildə Katrina qasırğasından əziyyət çəkən məktəblər, şagirf və tələbələr üçün fövqəladə yardım fondu yaradır. 1997-ci ildə Keymendə skleroz xəstəliyinin əlamətləri özünü biruzə verməyə başlayır. 2003-cü ildə o, infarktdan vəfat edir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Michael_Kamen



FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç