Loren Din

Loren Din

Aktyor

BİOQRAFİYA

Loren Din – amerikalı televiziya və kino aktyorudur.Din həmçinin istedadlı pianomu və “Reservations” filminin “Hide” adlı saundtrekinin müəllifidir. Loren 31 iyul 1969-cu ildə Las Veqas şəhərində (Nevada ştatı) anadan olub. Anası ailə və nikah məsələləri üzrə konsultant olub. Valideynləri o balaca uşaq olanda boşanıblar. Anası Lorenin vahid qəyyumluğuna nail olub və onunla Los-Anceles şəhərinə köçüb. Atası ilə həftəsonlarında görüşən Din onunla müntəzəm olaraq kinoteatra gedib, onun kinoya olan sevgisi məhz həmin dönəmdə oyanıb. Yeniyetməliyi çətin keçib, 16 yaşında olanda evdən qaçıb. 1986-cı ildə Santa Monika Orta məktəbini bitirib. Məzun olduqdan sonra Nyu-Yorka köçüb və orada aktyorluq karyerasına başlayıb. İki ildən sonra dostu onu agentlə tanış edib və Loren Nyu-York teatrlarının səhnəsində görünməyə başlayıb. 1989-cu ildə Din Amulets Against Dragon Forces adlı pyesdə oynadığı rola görə ən prestijli Amerika teatr mükafatının (Theatre World Award) laureatı olub. Beləcə o tanınmış dramaturq və ssenarist Con Patrik Şenlinin (“Oskar” mükafatı laureatı) sevimli aktoyrlarından birinə çevrilib və onun bir çox pyeslərində, xüsusilə 4 Dogs and a Bone  və Beggars in the House of Plenty tamaşalarında rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B8%D0%BD,_%D0%9B%D0%BE%D1%80%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç