Con Voyt

Con Voyt

Aktyor

BİOQRAFİYA
Con Voyt 29 dekabr 1938-ci ildə Yonkers şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Vaşinqtonda Katolik Universitetində təhsil alıb. 1960-cı ildə universiteti bitirdikdən sonra “Neighborhood Playhouse” Nyu-York studiya məktəbinə daxil olur. Daha sonra teatr və televiziyada işləyib.1962-ci ildə rəqqasə və aktrisa Lori Piterslə evlənir, ancaq 1967-ci ildə boşanıblar. İkinci evliliyi isə 1971-ci ildə Marşelin Bertranla olub. Lakin bu evliliyi də uzun sürməyib və cütlük 1978-ci ildə boşanıb. Aktyorun ikinci evlilikdən bir oğlu və bir qızı var: aktyor və prodüser Ceyms Heyven (1973) və aktrisa Ancelina Coli (1975). 1963-cü ildən 1969-cu ilə qədər çəkildiyi “Ac şəhər” və “Müdafiəçilər” seriallarından sonra Con Voyt televiziya ulduzuna çevrilib. 1967-ci ildə kinoda debüt edən aktyor “Gecə kovboyu” filmində Co Bak roluna görə bir neçə mükafata, o cümlədən "Qızıl Qlobus" və BAFTA mükafatlarına layiq görülüb. “Evə Qayıdış” filmində Lük Martin roluna görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarını alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jon_Voight
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç