Toni Kollett

Toni Kollett

Aktrisa

BİOQRAFİYA
Toni Kollett 1 noyabr 1972-ci ildə Sidneydə (Avstraliya) anadan olub. “Altıncı hiss” filminə görə “Oskar”a namizəd göstərilib. ”Belə fərqli Tara” serialındakı roluna görə isə “Qızıl Qlobus” və “Emmi” mükafatlarına layiq görülüb. Ümumiyyətlə, Toni karyerasında uğura çox sürətlə çatıb. Hələ 22 yaşında “Mürielin toyu” serialında yaratdığı rol avstraliyalı tənqidçilər tərəfindən yüksək qiymətləndirilir, tamaşaçılar isə Toninin yaratdığı xarakterə heyran qalırlar. Avstraliya kino institutu 1994-cü ildə onu bu rola görə "Ən yaxşı aktrisa" kateqoriyası üzrə mükafata layiq görüb. Toni Kollett bu mükafatı ümumilikdə dörd dəfə qazanıb. 11 yanvar 2003-cü ildə Toni Kollett musiqiçi Deyv Qalafassiyə ərə gedib. Cütlüyün Seyc Florens adlı qızı və Arlo Robert adlı oğlu var. Aktrisa heyvanları müdafiə cəmiyyətinin üzvüdür.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Toni_Collette
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç