Rob Simonsen

Rob Simonsen

Bəstəkar

BİOQRAFİYA

Rob Simonsen 11 mart 1978-ci ildə Sent-Luis şəhərində (ABŞ, Missuri) anadan olub. Uşaq vaxtından çox yaxşı musiqi duyumu olub və bu tez bir zamanda onun fortepianoda ifa etməyinə təsir edib. Robun nənəsi məktəbdə musiqi müəllimi işləyirdi, onun incəsənətə olan meyli də məhz buradan yaranıb. Böyüdükdən sonra Rob musiqi karyerasını davam etdirmək qərarına gəlir və Oreqon ştatında Cənub Universitetinə qəbul olur. İlk işini 2003-cü ildə “Cəngavər haqqında əfsanə” adlı kino üçün yazır. Sonra “Məhəbbət menecmenti”, “500 gün yay”, “Hər şeyin ən yaxşısı”, “Yay. Sinif yoldaşları. Məhəbbət” filmlərinə bəstəkar kimi musiqilər bəstələyib. 2004-cü ildə bəstəkar Maykl Denlə birgə bir çox filmlərə musiqi yazıb. 2009-cu ildə şəxsi studiyasını açır. "The Holliwood reporter" jurnalı isə onu dövrün ən yaxşı bəstəkarlarından biri elan edir. Simonsenin musiqilərini həmçinin “İphone 5”in reklam çarxlarında da eşitmək olar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Rob_Simonsen

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç