Rayan Qoslinq

Rayan Qoslinq

Aktyor, musiqiçi

BİOQRAFİYA

Rayan Qoslinq 12 noyabr 1980-cı ildə Londonda (Ontario, Kanada) anadan olub. Atası, kanadalı-fransız əsilli Tomas Rey Qoslinq kağız istehsal edən kombinatda çalışırdı, anası Donna Qoslinq isə 2011-ci ildən məktəbdə müəllim qismində kvalifikasiya olunmuş katibədir. O hələ uşaq olarkən, valideynləri boşanır və Rayan və bacısı Mendi anası ilə yaşayırdılar. Rayan təhsilini Börlinqtonda yerləşən “Lester B Pearson High School”da alıb. Sevdiyi musiqiçi Çet Beykerdir. Sevdiyi yemək kalmarlardan hazırlanmış bütün xörəklərdir. Göy rəngi sevir. Sevdiyi film Steynbekin eyniadlı romanı əsasında ekranlaşdırılmış “Cənnətdən şərqdə” adlı filmdir. Rayanın itlərin saxlandığı müəssisədə öldürülməkdən xilas etdiyi, Corc adında iti və iki pişiyi var. Qoslinqin evləri Torontoda və Los-Ancelesdə yerləşir. 2002-2003-cü illərdə Sandra Bullokla görüşürüb, o həmçinin Famke Yanssen (2007-2008) və Ceymi Mürreylə (2009-2010) də görüşüb. Daha sonra aktrisa Yeva Mendeslə bərabər olub. Rayan Beverli-Hillzdə yerləşən “Tagine” adlı Mərakeş mətbəxi restoranının sahibidir. O, gitara və fortepianoda çala bilir. Rayan Qoslinq ABŞ Milli Tənqidçilər Birliyinin (2006) və "Satellite Award" (2007, 2012) mükafatlarının laureatıdır. 2007-ci ildə "Pol-Nelson" filmindəki rola görə "Oskar" mükafatına, 2008-ci ildə isə tragikomediya janrında çəkilmiş "Lars və əsl qadın" filminə görə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Rayan_Qoslinq

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç