Nikolas Keyc

Nikolas Keyc

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Nikolas Keyc 7 yanvar 1964-cü ildə Kaliforniyanın Lonq-Biç şəhərində (ABŞ) anadan olub. Valideynləri Auqust Floyd Koppola və Coy Foqelzanq ona Nikolas Koppola adını veriblər. Amma yeni karyeraya başlayan aktyor soyadını əmisi, məşhur rejissor Frensis Ford Koppolanın soyadı ilə qarışıq salınmaması üçün Keycə dəyişdirib. Bu yeni soyadın prototipləri komikslər qəhrəmanı Lük-Keyc və avanqard bəstəkar Con Keyc olub. Əsas adı Nikolas Koppola olan və məşhur rejissor Frensis Ford Koppolanın qardaşı oğlu olan Keyc, əmisinin "Rumble Fish" (1983) adlı filmində rol alır. Təcrübəli performansları ilə seçilən qabiliyyətli aktyor N.Keyc Norman Jevisonun "Moonstruck"(1987) filminə də çəkilib. Yüksək qonorarlarına baxmayaraq, Nikolas Keycin keçmiş həyat yoldaşları ilə məhkəmə çəkişmələrinə görə həddən çox xərcə düşdüyünə və əlahiddə dəbdəbəli həyat tərzinə görə bir vaxtlar dövlət büdcəsinə 14 milyon ABŞ dolları vergi borcu var idi. Ona görə 2008-ci ildə Midltaunda (Rod-Aylend) 2007-ci ildə 15,7 milyon dollara aldığı evi iki dəfədən aşağı qiymətə - 6,2 milyon dollara satır. 2009-cu ildə orta əsrlərə aid Naydştayn qəsrini satmağa məcbur olur. Həmçinin Los-Ancelesin "Bel-Eyr" adlı nüfuzlu rayonundakı evini 35 milyon dollara satışa qoyur. Adı çəkilməyən alıcı bu evi 2010-cu ilin noyabrında 10,5 milyon dollara alır. Keyc 1988-ci ildə aktrisa Krisina Faltonda münasibətdə olur və 1990-cı ilin dekabrında Kristina ona Ueston Koppola Keyc adlı oğul doğur. 1 iyul 2014-cü ildə Keyc baba olur - oğlu Ueston və arvadı Deniellin Lüsian adlı oğulları dünyaya gəlir. 1995-ci ildə Nikolas amerikalı aktrisa və rejissor Patrisiya Arkettlə tanış olur və ona evlənmək təklif edir. Cütlük altı il bir yerdə yaşayandan sonra ayrılır. İkinci nikahı rok-n-kralı Elvis Preslinin qızı Liza Mariya Presli ilə baş tutur. Liza Mariya Presli Keyclə nikahına qədər pop kralı Maykl Ceksonla evli olmuşdu. Presli və Keyc nikahdan 109 gün sonra ayrılırlar. Keycin üçüncü arvadı koreyalı ofisiant Elis Kim olur. 2005-ci ildə onların Kal-El adlı oğulları doğulur. 2016-cı ildə cütlük boşanır. Nikolas Braziliya ciu-citsusu ilə məşğuldur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Nikolas_Keyc

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç