Lillo Brankato

Lillo Brankato

Aktyor

BİOQRAFİYA
Lillo Brankato 30 avqust 1976-cı ildə Kolumbiyada anadan olub. Aktyor “Mount Saint Michael Academy” orta məktəbində təhsil alıb. Brankato Robert De Nironun çox böyük pərəstişkarı olub. Ən çox “Taksist” filmini çox sevirdi və onun maneralarını istifadə edirdi. Bu ona məşhur aktyorun filmi “Bronks əhvalatı” filmində rol almasına kömək edib. “Nyu-York” jurnalının yazdığına görə Brankato bu filmdən 25 min dollar qonarar alıb. Artıq növbəti il Brankato “Renaissance Man” filmində oynayır. Aktyor 2000-ci ilə kimi bir çox filmlərdə ikinci plan və epizodik rollarda yer alıb. 2000-ci ildən etibarən Brankato “Klan Soprano” serialında oynamağa başlayıb. Aktyor serialın ikinci sezonunun 5 epizodunda görünüb və sonra personaj öldürülüb. 2005-ci ilin dekabrında Brankato Bronks şəhərində polis Deniel Enşoteqinin evinin soyulmasında və öldürülməsində iştirak etdiyinə görə 10 il azadlıqdan məhrum edilir. Aktyor cəzasını bir neçə cəzaçəkmə müəssisəsində çəkir və 2013-cü ilin dekabrında şərti azadlığa buraxılır. Sərbəst buraxıldıqdan sonra Brankato aktyorluq karyerasını bərpa etməyə çalışır, lakin məhkumluq keçmişi və korlanmış şöhrəti gələcək karyera perspektivlərini ciddi zədələmişdi. Sonra 2018-ci ildə Brankato "The Wasted Talent" sənədli filminin qəhrəmanı olur.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lillo_Brancato_Jr.

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç