Qoran Kostiç

Qoran Kostiç

Aktyor, prodüser

BİOQRAFİYA

Qoran Kostiç (Goran Kostic) 18 noyabr 1971-ci ildə Sarayevo şəhərində andan olub. Gəncliyində kinosənəti ilə maraqlanıb və yeniyetməlik illərində ilk dəfə səhnəyə ayaq basıb. Bosniya müharibəsi dövründə Yuqoslaviyadan Böyük Britaniyaya köçüb. 2011-ci ildə Ancelina Colinin “Qan və bal diyarında” müharibə dramının çəkilişlərində iştirak etmək üçün vətəninə qayıdıb. Qoran ana dili ilə yanaşı ingilis dilində sərbəst danışır. Bir sıra Britaniya seriallarına çəkilib.  “Xalis ingilis qətli”, “İst-End sakinləri”, “Fəlakət” və digər serialların aktyor heyətində yer alıb. 2006-cı ildə “Hannibal: Yüksəliş” kriminal trillerində Martin Henkok, Ris Evans, Brayan Kaspe və digər məşhurlarla bir çəkiliş meydanını bölüşüb. 2011-ci ildə Ancelina Colinin “Qan və bal diyarında” müharibə dramında mərkəzi kişi rolunu oynayıb. Ekran əsəri tənqidçilər və tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. 2014-cü ildə “Aktivlər” adlı ABŞ casus serialında rol alıb. 2018-ci ildə “Qarışqa-adam və Arı” fantastik ekşn filmi və kəskin süjetli “Cek Rayan” serialına çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/goran_kostic/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç