Ceyk Conson

Ceyk Conson

Aktyor, prodüser, ssenarist, rejissor

BİOQRAFİYA
Ceyk Mark Conson 28 may 1978-ci ildə Çikaqonun şimali əyaləti Evastonda anadan olub. Anası vitraj üzrə rəssamdır. Conson "New Trier High School" məktəbini bitirib. Ayova Univeritetində iki il təhsil alan Conson sonradan Nyu-Yorka köçür və Nyu-Yorkun "Tisch School of the Arts" universitetində təhsil alır. Nəticədə aktyor karyerasını davam etdirmək üçün Los-Ancelesa köçür. Uzun illər Nyu-Yorkda və Los-Ancelesdə Upright Citizens Brigade Theatre müxtəlif komediya şoularında çıxış edib. Eyni zamanda Conson və Erik Edelşteyn komediya dueti qismində Los-Ancelesdə “İkinci şəhər” kanalında daimi yayımlanan “Bu mənim dostumdur” sketç-şousunda çıxış edir. 2006-2010-cu illərdə Conson televiziya və kinoda çoxsaylı rolları ifa edir. 2010-cu ildə Stil Trayn Consonu Al Scalzo şousunda “Xəyali magistrallar” adlı klipə çəkir. “Yeni” komediya teleserialında Nik Miller rolu ilə məşhurluq qazanıb. 2011-ci ildə Natali Portman, Eşton Katçerlə birlikdə “Seksdən daha artıq” romantik komediyaya çəkilir. 2011-ci ildə o, Fox kanalının Yeni serialında baş rol alır və "Critics' Choice Television Awards" mükafatı “Most Exciting New Series” kateqoriyasında səkkiz laureatdan biri olur. Serialın premyerası tənqidçilərdən müsbət rəy alaraq 10280 min baxış əldə edib. O rəssam həyat yoldaşı Erin Payn ilə Los-Ancelesdə yaşayır. Conson basketbol və tennislə maraqlanır, hər iki Basketbol Liqasının (Sunday Men’s Basketball League) və 5 tennis assosiasiyasının üzvüdür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jake_Johnson
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç