Ron Rifkin

Ron Rifkin

Aktyor

BİOQRAFİYA

Ron Rifkin 31 oktyabr 1939-cu ildə Nyu-York şəhərində (ABŞ) anadan olub. Nyu-York Universitetinin məzunudur. 1966-cı ildə “Cicet” sitkomunun bir epizodunda debütünü gerçəkləşdirib. Daha sonra “Bacılar və Qardaşlar” serialında mərkəzi rollardan birini oynayıb. Daha çox teatr səhnəsində yaratdığı obrazlarla məşhurlaşıb. 1991-ci ildə “Atəşin tərkibi” pyesində oynadığı rolu ona “Drama Desk” mükafatını qazandırıb. 1998-ci ildə isə “Kabare” müziklındakı performansına görə “Toni” mükafatı ilə təltif olunub. ABŞ televiziya və kinosunda canlandırdığı ikinci plan rollarla yadda qalıb. Onun iştirak ilə çəkilmiş ən əlamətdar filmlər “Manhettendə müəmmalı qətl” (1993), “Los-Anceles sirləri” (1997), “Cırcırama” (2002) və “Danışıq Aparan Şəxs” (1998) filmləri hesab olunur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ron_Rifkin

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç