Fren Krans

Fren Krans

Aktyor

BİOQRAFİYA

Fren Krans 13 iyul 1981-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olub. Uşaqlığı Kaliforniya ştatının Los-Anceles şəhərində keçib. Orada Harvard-Uestleyk adlı məktəbdə oxuyub. Daha sonra Yel Universitetinə qəbul olunub. Ali təhsilini 2004-cü ildə başa vurub. Artıq 3-cü kursda ikən filmlərə çəkilməyə başlayıb. Paralel olaraq tələbəlik illərində “Ex!t Players” özfəaliyyət komediya truppasının üzvü olub. 2003-cü ildə “The Chemical Brothers” və “The Flaming Lips” adlı məşhur qrupların birgə ifa etdiyi “The Golden Path” adlı mahnının video klipinə çəkilib. Kinoda daha çox “Meşədəki daxma” (Cabin in the Woods, 2012), “Müəmmalı meşə” (The Village, 2004), “Hazırlıq günü” (Training Day, 2001), “Qara qüllə” (Dark Tower, 2017) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində ümumilikdə 65 televiziya/bədii film və seriala çəkilib. Daha çox Coss Uidonun “Kukla evi” elmi-fantastik serialında alim Tofer Brink rolu ilə məşhurlaşıb. 2013-cü ildə nişanlısı Ketrinlə rəsmən evləndiyi və toy mərasiminin "Wise Temple" adlı yerdə keçdiyi ilə bağlı xəbərlər yayılsa da, 2014-cü ildə Frensis evli olmadığını bəyan edib. 2015-ci ildə məşhur rejissor Toni Riçmondun qızı Spenser Marqaret Riçmondla ailə qurub. 2016-cı ildə qızları dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Fran_Kranz

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç