Kler Forlani

Kler Forlani

Aktrisa, prodüser

BİOQRAFİYA

Kler Antonia Forlani 17 dekabr 1971-ci ildə Londonda anadan olub. Anası rəssam olub, ingilisdir. Atası isə italiyandır, bir müddət kiçik britaniya pop qruplarına prodüserlik edib. Uşaqlığından bəri Kler aktrisa olmağı arzulayıb və bunun üçün onda həm istedadın həm də gözəl xarici görünüşün olduğunu bilib. Bir neçə teatrda yeni il tamaşalarında iştirak edib. İstedadlı uşaq aktrisa BBC telekanalının prodüserinin diqqətini cəlb edir və valideynlərinə onun reklam çarxlarına çəkilməsini təklif edir. Ancaq Klerin valideynləri bunun uşağın psixikasına mənfi təsir göstərəcəyi düşüncəsi ilə təklifi rədd edirlər. Buna baxmayaraq 11 yaşında olanda Kleri London incəsənət məktəbinə yollayırlar. Orada altı il ərzində aktyorluq sənətini və rəqsi öyrənir. Həmin müddətdə bir neçə tamaşada iştirak edir. Buna misal kimi “Şelkunçik” və “Yeraltı krallığın Orfeyi” tamaşalarını göstərmək olar. Kino karyerasına aparan yolu məhz peşəkar teatr səhnəsindən keçir. “Tanış olun, Co Blək (Meet Joe Black, 1998), “Sirli adamlar” (Mysteri Men, 1999), “Kral naminə” (in the Name of King, 2007), “Medalyon” (Medallion, 2003) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində ümumilikdə 54 televiziya və bədii filmə və seriala çəkilib. Kler Forlani bir müddət Benisio Del toro, daha sonra isə aktyor Con Küsakla (1997-1998) görüşüb. Bundan başqa Bred Pitt, Ben Stiller (1998-1999) və Kianu Rivzlə də qısamüddətli eşq macəraları yaşayıb. 2007-ci ildə aktyor Duqrey Skottla ailə qurub. 2014-cü ildə onların Maylo Tomas Skott adlı oğulları dünyaya gəlib. Asudə vaxtlarında Kler idmanla məşğul olmağı, səyahətə çıxmağı və gitara çalmağı sevir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Claire_Forlani

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç