Omid Cəlili

Omid Cəlili

Aktyor, prodüser, yumorist

BİOQRAFİYA

Omid Cəlili 30 sentyabr 1965-ci ildə İngiltərənin London şəhərində anadan olub. Şimali İrlandiyanın Olster Universitetini bitirib, orada ingilis dili filologiyası və teatr incəsənəti üzrə ali təhsil alıb. Cəlili – “Çelsi” futbol komandasının sadiq azarkeşlərindəndir. Evlidir. Üç övladı var. Britaniya vətəndaşlığı və pasportunun olmasına baxmayaraq, ABŞ səfərləri zamanı xüsusilə 11 sentyabr hadisələrindən sonra xarici görünüşünə görə bir sıra problemlərlə üzləşdiyini söyləyib. “Mumya” filmində həbsxana başçısı Qad Hassan, “Kafir” (2010) filmində Mahmud Nasir, Mamma Mia 2 (2018) filmində Yunan məmur, “Qladiator” filmində qul taciri rolları ilə tanınır. Karyerası ərzində 74 film və serialda rolu olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Omid_Djalili

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç