Mettyu Qud

Mettyu Qud

Aktyor

BİOQRAFİYA
Mettyu Uilyam Qud 3 aprel 1978-ci ildə İngiltərədə anadan olub. O, Birminhem universitetinin dramaturgiya bölməsini bitirib. Televiziyada ilk rolu “Eybəcər ögey bacının etirafları” telefilmində olub. İlk uğurlu rolunu 2004-cu ildə çəkilən “İlk qız” filmində oynayır və bu rola görə “Teen Choice Awards” mükafatına namizəd göstərilib. Daha sonra Vudi Allenin “Matç Point” filmi və “Bizi bir yerdə təsəvvür et” alman-ingilis romantik komediyasında ikinci dərəcəli rollar alıb. “Tənha kişi”, “Əxlaqsız oyunlar”, “Bell”, “İmitasiya oyunu”, “Özündə olmayan” filmlərində yaddaqalan rollar yaradıb. Karyerası ərzində 45 bədii film, televiziya filmi, serial və səsləndirmə rolu olub. Son illər “Məsumluq sınağı” mini serialında (2018) Filip Dürant, “İfritələrin axtarışı” teleserialında (2018) Mettyü Klermont, “Rəsmi Sirrlər” (Official Secrets, 2019) filmində Piter Beamont, “Orta əsr” (Medieval, 2019) filmində Kral Zigismund roluna çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Matthew_Goode
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç