Aleks Rassell

Aleks Rassell

Aktyor

BİOQRAFİYA

Aleksandr (Aleks) Rassell 11 dekabr 1987-ci ildə Avstraliyanın Brisban şəhərində cərrah və tibb bacısının ailəsində dünyaya göz açıb. Daha çox “Xronika” (2012), “Əyilməz” (2014), “Kerri” (2013), “Qonaq qız” (2013) filmlərində oynadığı rolları ilə tanınıb. Ailədə bir bacısı və bir qardaşı var. 2004-cü ildə Rokhempton qrammatika məktəbini bitirib. Sidneyə köçərək Milli Dram İncəsənət İnstitutuna daxil olub. Kinoda debütü 2010-cu ildə “Mənasız cavanlıq” filmində baş tutub. 2011-ci ildə “Sağ-soldaş” və “Halloin cəngavəri” adlı qısametrajlı filmlərə çəkilib. Daha sonra həvəsə düşərək özü də “Los-Ancelesdə sevgi və görüş” qısametrajlı filmini lentə alır. 2012-ci ildə “Xronika” adlı elmi-fantastik filmin çəkilişində iştirak edib. Stiven Kinqin məşhur “Kerri” romanı əsasında çəkilmiş “Kerri" filminin 2013-cü il remeykində rol alıb. 2014-cü ildə “Mənə inan” filmində Sem Atuell rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alex_Russell_(actor)

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç