Adrian Penq

Adrian Penq

Aktyor

BİOQRAFİYA

Adrian Penq 1966-cı ildə Malaziyanın Malakka şəhərində doğulub. İngilis-Çin məktəbində, daha sonra İngilis-Çin kollecində oxuyub. Ali təhsilini Britaniyada alıb. Hüquqşünaslıq ixtisası üzrə Kil Universitetindən məzun olub. Vətəni Sinqapura qayıdana qədər bir müddət Britaniya teatr və televiziyasında çalışıb.1990-2010 illər ərzində müqavilə əsasında “FLY Entertainment” və “Mediacorp” şirkətlərində çalışıb. Aktyor karyerasında ilk addımları Sinqapur televiziyasında atıb. Yuxarıda adı çəkilən şirkətlərin istehsalı olan ingilis və çin dilli teleseriallara çəkilməklə məşhurlaşıb. Son 10-15 il ərzində Hollivudun müxtəlif kino layihələrinə dəvətlər alır. Böyük ekranlara daha çox “Casus oyunları” (2001), “Kiber” (2015), “Sunami 3D” (2012), “Qırmızı ip” (2009) filmlərində oynadığı rollara görə tanınır. 2015-ci ildə DBS Sparks mini-serialına çəkilib. 2011-2012-ci illərdə “Mətbəx Müziklı” teleserialının çəkilişlərində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Adrian_Pang

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç