Stiv Valentayn

Stiv Valentayn

Aktyor, musiqiçi, illüziyaçı

BİOQRAFİYA

Stiven Con Valentayn – şotlandiyalı aktyor, musiqiçi və illüziyaçıdır. Daha çox NBC telekanalında yayımlanan “Cordanın istintaqı” kriminal dramında oynadığı ekssentrik Naycel Taunsend rolu ilə yadda qalıb. Həmin il “Mən rok-qrupdayam” serialında baş rollardan birini ifa etməklə populyarlaşıb. “Mars hücum edir” filmində, “Həkim Haus”, “Uill və Qreys” və digər seriallarda çəkilib. Bir müddət Sci-Fi telekanalında “Estate of Panic” realiti şousunun aparıcısı olub. “Dragon Age” oyun silsiləsində Alisteri, “Uncharted 2: Among Thieves” kompüter oyununda Qarri Flini səsləndirib. Valentayn aktyorluq sənətindən savayı təcrübəli illüziyaçıdır və bəzən teleekranlarda müxtəlif gözbağlayıcı nömrələr nümayiş etdirir. “Disney” telekanalının “Çarpayının altına boylanma” və “Vayverli Pleys cadugərləri: Kino” filminin çəkilişlərində iştirak edib. Aktyor iki dəfə evli olub. Birinci həyat yoldaşı Şeri Valentaynla izdivacı 1989-cu ildən 2005-ci ilə kimi davam edib. Hazırda kanadalı kinoaktrisa İnne Korobkina ilə evlidir. Birgə nikahdan 2011-ci il təvəllüdlü qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D0%BB%D0%B5%D0%BD%D1%82%D0%B0%D0%B9%D0%BD,_%D0%A1%D1%82%D0%B8%D0%B2

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç