Cennifer Lourens

Cennifer Lourens

Aktrisa

BİOQRAFİYA
Cennifer Şreyder Lourens 15 avqust 1990-cı ildə Kentukki ştatında (ABŞ) doğulub. Cennifer ingilis, alman, irland, şotland əsillidir. Onun Ben və Bleyn adlı iki böyük qardaşı var. Artıq 14 yaşında ikən Cennifer aktrisa olmaq qərarına gəlir və valideynlərindən onu Nyu-Yorka aparmaqlarını istəyir. Agentliklərdən birinə üzv olmaq üçün müraciət etdikdə onun çox istedadlı olduğunu görüb, aktyorluq qabiliyyətini yüksək qiymətləndirirlər. O, kinolarda çəkilmək üçün məktəbi iki il tez bitirir. Cennifer bir müddət aktyor Nikolas Holtla görüşüb. Onunla “X-Adamlar: Birinci dərəcə” filmində tanış olur. Ancaq 2013-cü ildə onlar ayrıldıqlarını açıqlayırlar. Sonra həmin il yenidən barışır, ancaq bir müddət sonra yenidən ayrılırlar. Buna səbəb kimi iş qrafiklərinin ağır olduğunu və münasibəti davam etdirməyin mümkün olmadığını əsas gətirib. 2016-cı ildə isə Cennifer rejissor Darren Aronofski ilə görüşməyə başlayır. Rejissorla “Ana” filminin çəkilişlərində tanış olur. 2017-ci ildə isə ayrıldıqlarını, ancaq dostluq münasibətlərini qoruduqlarını açıqlayırlar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jennifer_Lawrence

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç