Sonni Lendem

Sonni Lendem

Aktyor

BİOQRAFİYA

Uilyam M. Lendem amerikalı aktyor və siyasətçidir. Kinoda Sonni Lendem adı ilə tanınır. “Yırtıcı” fantastik trillerində xüsusi təyinatlı Billi Sol rolu ilə şöhrət qazanıb. Bundan başqa “Həbsxana” macəra dramı və “48 saat” filmində oynadığı rollara görə tanınır. Əslən Çikori hindusudur. Kinokaryerasını pornoqrafik filmlərə çəkilməklə başlayıb. Sonninin valideynləri təhsili hər şeydən üstün tutub. Ona görə Sonni ən yüksək səviyyəli təhsili alıb, bahalı özəl məktəblərdə oxuyub. Daha sonra isə instituta qəbul olunub. Sonninin arzusu peşəkar idmançı olmaq idi. Xeyli müddət Amerika futbolu oynayıb. Orduda 3 il xidmət etdikdən sonra Atlantanın “Oqltorp universitetində təhsil alıb. Təhsili başa vurduqdan sonra isə Los-Anceles yaxınlığındakı neft yatağında işə düzəlib. Los-Ancelesdə onun bütün həyatına təsir göstərən şəxs rastına çıxır. Söhbət astroloq Kerrol R.B.Rixterdən gedir. O, astroloji diaqram quraraq, Sonninin aktyor karyerasının arxasınca düşməsinə israr edib. Bu görüşdən sonra Lendem tanınmış Pasadena Teatrına yollanır və aktyor sənəti üzrə təhsil alır. Ən uğurlu filmi sayılan “Yırtıcıda” sığorta şirkətinin təkidi ilə çəkilişlər zamanı ona cangüdən təyin olunur. Maraqlısı ondadır ki, bu cangüdən əslində Sonnini yox, digər aktyorları Sonnidən qorumaq tapşırığı alır. Belə ki, çılğın təbiətli Sonni, tez-tez dava saldığından rəhbərliyin başqa əlacı qalmır. Sonninin rejissor debütü 1996-cı ildə ekranlara çıxan “Tənha ayı” filmi ilə gerçəkləşib. Filmə həm də prodüserlik edib və baş rollardan birini oynayıb. 2003-cü ildə həmkarları Cessi Ventura və Arnold Şvartsneggerin siyasi fəaliyyətindən ilhamlanaraq Respublikaçılar partiyasından Kentuki ştatında qubernatorluğa namizəd olub. Səsvermədə məğlub olub və növbəti il Senata qəbul olunub. 2006-cı ildə Lendem ağır yol qəzasına düşsə də sağ qalıb. 2008-ci ildə qalmaqallı bəyanatı ilə mətbuatın gündəminə gəlib, ərəbləri təhqir edərək, onların “kökünü kəsməyə” çağırıb. 2017-ci ildə 76 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8D%D0%BD%D0%B4%D1%8D%D0%BC,_%D0%A1%D0%BE%D0%BD%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç