Larri Qross

Larri Qross

Prodüser, ssenarist

BİOQRAFİYA

Larri Qross – amerikalı ssenarist, prodüser və rejissordur. Larri Qross 1953-cü ildə ABŞ-da anadan olub. Edmun Holl kollecində (Oksford Universiteti nəzdində) oxuyub. Daha sonra təhsilini Bard kollecində davam etdirib, 1974-cü ildə məzun olub. Daha sonra Kolumbiya universitetində ingilis dili və ədəbiyyatı ixtisası üzrə magistr dərəcəsi əldə edib. Bir müddətdən sonra kinematoqraf adünkt-professoru qismində işləməyə başlayıb. Onun həmçinin kinoşünaslıq üzrə magistr dərəcəsi var (Nyu-York Universiteti). Rejissor Uolter Hillə əməkdaşlığı ilə məşhurdur. 2004-cü ildə Con Kerranın “Biz artıq burada yaşamırıq” filmində ssenari yazıb. Həmin işi ona “Sandens” müstəqil kinofestivalında Valdo Solt adına mükafat qazandırıb. Larri Qross prodüser və montajçı Rouz Kuo ilə evlidir (1999-cu ildən). Onların bir övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15479771611/

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç