Ceymi Kempbell Bauer

Ceymi Kempbell Bauer

Aktyor, model

BİOQRAFİYA

Ceyms (Ceymi) Metkalf Kempbell Bauer 22 noyabr 1988-ci ildə Londonda (İngiltərə) doğulub. Anası – Enn Elizabet Rouzberri – musiqi meneceri, atası Devid Bauer “Gibson Guitar UK” şirkətinin top-meneceri, qardaşı Semuel Bauer isə 2015-ci ildən etibarən onun təsis etdiyi “Counterfeit” qrupunun üzvüdür. Hempşir şəhərinin incəsənət təmayüllü "Bedales School" özəl məktəbində oxuyub. Milli Musiqili Gənclər Teatrının üzvü olub. “Valideynlərim aktyorluğun mənim təbiətimdən gəldiyini yaxşı anlayırdılar. Gənclər teatrına daxil oldum və bir növ onlar üçün itkin düşdüm. 16 yaşına qədər teatrın demək olar ki, bütün tamaşalarında iştirak etmişəm” - deyə Ceyms müsahibələrinin birində söyləyib. Tim Börtonun “Suini Todd, Flit-stritli əcinnə bərbər” filmində Entoni Houp, “Alatoranlıq” romanının ekranizasiyasında acgöz vampir Kay Volturi, “Harri Potter” filmində gənc sehrbaz Hellert Qrin-de Vald, “Öldürücü Silahlar: Sümüklər Şəhəri” filmində kölgə ovçusu Ceys Veyland rolları ilə tanınır. “Counterfeit” qrupunun solisti və gitaraçısıdır. 2007-2009-cu illərdə moda dizayneri Zoi Qremlə görüşüb. 2010-cu ilin əvvəlində “Harri Pottervə Ölüm bəxşişləri” filmində birgə çəkildiyi aktrisa Bonni Raytlar eşq macərası yaşadığı haqqında məlumatlar yayılıb. Onların nişanlandığı və yaxın zamanda münasibətlərini rəsmiləşdirəyəci bildirilirdi. Lakin nişanlanma ilə bağlı şayələr sonradan öz təsdiqini tapmayıb. “Harri Potterin sehirlər aləmi” adlı əyləncə parkının açılışında Bonni bu iddiaları təkzib edib. 2012-ci ildə cütlük ayrıldıqlarını elan edib. 2012-ci ilin iyulundan “Öldürücü silahlar: sümüklər şəhəri” filminin çəkilişlərində tanış olduğu Lili Kollinzlə görüşməyə başlayıb. 2013-cü ildə sevgililər ayrıldıqlarını açıqlasalarda, 2015-ci ildə münasibətləri yenidən bərpa olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D1%83%D1%8D%D1%80,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BC%D0%B8_%D0%9A%D1%8D%D0%BC%D0%BF%D0%B1%D0%B5%D0%BB%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç