Xavyer Semüel

Xavyer Semüel

Aktyor

BİOQRAFİYA

Xavyer Semüel 10 dekabr 1983-cü ildə Hemilton şəhərində Meri və Klifford Semüelin ailəsində dünyaya gəlib. Uşaqlığı Adelaidada keçib, 2001-ci ildə kolleci bitirib. Sonuncu tədris ilində dram incəsənət məşğələlərinə yazılıb. Ardınca Adelaida şəhərinin Flinders Universitetinə daxil olub. 2005-ci ildə universitetin aktyorluq bölməsini bitirib. Kiçik qardaşı Benedikt yazıçı, prodüser və aktyordur. Böyük bacısı Bricit rejissor köməkçisidir. Xavyerin ekranlarda debütü 2003-cü ildə “Makleodun qızları” serialında gerçəkləşib. 2009-cu ildə “Sevilənlər” filmində baş rola – Brent roluna dəvət alıb. Sözügedən film müxtəlif kinofestivallarda iştirak etsə də, kassa uğursuzluğuna düçar olub. “Sentyabr”, “Nyukasl”, “Sevilənlər”, “Frankenşteyn”, “Toy həşiri” kimi filmlərə çəkilib. Daha çox “Alatoranlıq. Saqa: Günəş tutulması” filmində Rayli Birs və “Sunami 3D” filmində Coş rolu ilə tanınır. 2010-cu ildə “Yük maşını” filmində Markus roluna çəkilib. Elə həmin il “Alatoranlıq. Saqa: Günəş tutulması” filmində Rayli Birs roluna çəkilib. Həmin rola görə “MTV Movie Awards” mükafatına namizəd olub. 2011-ci ildə “Anonim” filmində Henri Rizli rolunu ifa edib. Həmin il eyni zamanda “Sunami 3D” qorxu filmində baş rola çəkilib. 2016-cı ildə “Otto Blumun ölümü və həyatı” filminin çəkilişlərinə qatılıb. Reyçel Uord, Matilda Braunla birlikdə baş rola çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%8D%D0%BC%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç