Mişel Monahen

Mişel Monahen

Aktrisa, prodüser

BİOQRAFİYA

Mişel Linn Monaqan 23 mart 1976-cı ildə Ayova ştatının Uintrio şəhərində (ABŞ) anadan olub. Evin sonbeşiyidir. Bob və Con adlı iki böyük qardaşı var. 1994-cü ildə orta təhsilini başa vurub. Çikaqo şəhərinə köçərək Kolumbiya Kollecinin jurnalistika fakültəsinə qəbul olunub. Tələbə olduğu illərdə eyni zamanda model işləyib. İkinci sənəti ilə əlaqədar tez-tez Milan, Sinqapur, Tokyo və Honkonqa ezam olunub. Kinoda daha çox “Təhlükəli öpüş” (Kiss Kiss Bang Bang- 2005), “Piksellər” (Pixels – 2015), “Əlvidə gözəl, əlvidə” (2007), “Başlanğıc kodu (Source code – 2011) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 44 televiziya/bədii film və serialda çəkilib. Şəxsi həyatına gəlincə 2005-ci ildən rəssam-qrafist Piter Uaytla evlidir. Onunla nikahdan beş il əvvəl tanış olub. Cütlüyün 2008-ci il təvəllüdlü qızı və 2013-cü il təvəllüdlü oğlu var. Qızında dəri xərçəngi aşkarlansa da, vaxtında aparılan müalicədən sonra sağ qalıb. Aktrisa “Mister və Missis Smit” (2005), “Şimal ölkəsi” (2005), “Əlvida, gözəl, əlvida” (2007) filmlərinin və “Qanun və Qayda: Xüsusi korpus” (1999-2014), “Boston məktəbi” (2000-2004), “Taksi sürücüsü” (2002-2004) seriallarının çəkilişləri və səsləndirilməsində iştirak edib. “Yük maşını sürən qadın” filminə 2008-ci ildə prodüserlik edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D0%BD%D0%B0%D0%B3%D0%B0%D0%BD,_%D0%9C%D0%B8%D1%88%D0%B5%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç