Ben Ripli

Ben Ripli

Ssenarist

BİOQRAFİYA

Ben Ripli – amerikalı ssenaristdir. Daha çox rejissor Dunkan Consun lentə aldığı kəskin süjetli “Başlanğıc Kodu” filminin ssenaristi kimi şöhrət qazanıb. Əvvəl Stenford Universitetində təhsil alıb. Daha sonra Cənubi Kaliforniya Universitetinin Kino və Televiziya Ali Məktəbinə daxil olub. 2007-ci ildə “Başlanğıc Kodu” filminə yazdığı cızma-qara ssenarini “Universal Studios” şirkətinə satıb. Bunda baxmayaraq filmin prodüserliyi ilə bağlı problemlər ortaya çıxdığından çəkilişləri 3 ildən çox uzanıb. Hətta filmin işıq üzü görəcəyi də bir müddət sual altında olub. Bu aqibətinə görə həmin ssenari “Hollivudun ən bəxtsiz ssenariləri” siyahısına daxil edilib. Ripli daha çox qorxu janrına üstünlük verir. “Başlanğıc kodundan” savayı “Məxluq 3” (2004), “Məxluq: Oyanış” (2007) və digər filmlərə ssenari yazıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Ben_Ripley

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç