Rayan Fillipp

Rayan Fillipp

Aktyor, rejissor

BİOQRAFİYA

Rayan Fillipp 10 sentyabr 1974-cü ildə Nyu-Kasl şəhərində (Delaver ştatı, ABŞ) Riçard və Süzan Fillippin ailəsində doğulub. Onun ulu babaları ingilis, alman və fransız genləri daşıyıb. Uşaq yaşlarında Rayan basketbol və futbolla məşğul olub. Taekvandoda "qara kəmər" sahibidir. "Yaşamaq üçün bir ömür" filmində oynadığı baş rolla məşhurlaşan Rayan daha sonra gənclər üçün "Keçən yay sizin nə etdiyinizdən xəbərim var", "Çətin oyunlar", "Studiya 54" filmlərinə çəkilir. Aktyorun ən çox bəyənilən və "Oskar" mükafatına layiq görülən rolları "Qosford Park" və "Çarpışma" filmlərindədir. Rayan 2007-ci ildə "Xəyanət" filmində baş rolu ifa edir. Film real hadisələr əsasında çəkilib və FTB əməkdaşı Erik O. Neylin Sovet "KQB"-sinin agenti olan bossu Robert Hansseni ifşa etməsindən bəhs edir.


Ətraflı məlumat üçün linkə basın:
https://en.wikipedia.org/wiki/Ryan_Phillippe

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç