Talat Bulut

Talat Bulut

Aktyor

BİOQRAFİYA

Talat Bulut – türkiyəli teatr, kino, serial aktyoru, səsləndirmə aktyorudur. 23 mart 1956-cı ildə Türkiyənin Kars əyalətinin Sarıkamış rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Hacettepe Universitetinin “elektrik mühəndisliyi” bölməsinə qəbul olunub. İkinci kursda oxuyanda təhsilini yarımçıq qoyub. Peşəkar aktyorluq karyerasına 1975-ci ildə qədəm qoyub. Belə ki, Ankara Sənət Teatrında ilk dəfə olaraq Dmitrov adlı tamaşada səhnəyə çıxıb. Uzun müddət AST truppasının üzvü olan sənətçi Türkan Şorayın tövsiyəsi ilə ilk dəfə “Hazal” filmində ekranlara çıxıb. Keyfiyyətli ssenarisi və çəkilişi olan filmlərə üstünlük verən aktyor uzun illər kinodan ayrı düşüb. Son illər çəkildiyi ən məşhur film 2007-ci ildə çəkilmiş “Xoşbəxtlik” melodramıdır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Talat_Bulut

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç