Brayan Helgelend

Brayan Helgelend

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Brayan Helgelend 1961-ci ildə Providens şəhərində (Rod-Aylend ştatı, ABŞ) anadan olub. Anası əslən norveçlidir. Soyadı Norveçin şimalında yerləşən əyalətin adını daşıyır. Brayan Loyola Merimaun universitetinin məzunudur. Daha sonra təhsilini Massaçuets Universitetində davam etdirib və bakalavr dərəcəsi əldə edib. Helgelend eyni ildə həm “Oskar” (“Los-Anceles sirləri” (1997) filminin ssenarisinə görə), həm də ən bərbad filmlərə verilən “Qızıl moruq” (“Poçtalyon” (1997) filminin ssenarisinə görə) mükafatını qazanmış yeganə kinorejissordur. “Qızıl moruq” mükafatı onu heç də məyus etməyib, əksinə Helgelend tarix boyu heykəlciyi qəbul etmiş dörd nəfərdən biridir. Helgelend Hit Lecer, Şennin Sossoman və Mark Eddi kimi ulduzların çəkildiyi “Cəngavərin rəvayəti” (2001) və “Günahların ovçusu” (2003) kimi filmlərin rejissorudur. Brayan iki dəfə Klint İstvudla işləyib: 2002-ci ildə “Qanlı iş” filminə ssenari yazıb, 2003-cü ildə isə “Oskar” mükafatına namizəd olmuş “Sirli çay” (2003) filminin ssenarisi üzərində çalışıb. 2004-cü ildə “Bornun üstünlüyü” filminin ssenarisini yazsa da, nədənsə titrlarda adı çıxmayıb. 2009-cu ildə Denzel Vaşinqton və Con Travoltanın baş rola çəkildiyi “123 nömrəli qatarın təhlükəli sərnişinləri” filminin ssenarisi üzərində çalışıb. Həmin il Riçard Donnerlə əməkdaşlıq edib. Rejissor 2015-ci ildə Britaniyalı qanqster əkizlərdən bəhs edən “Əfsanə” filmini çəkib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Brian_Helgeland

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç