Hüseyin Avni Danyal

Hüseyin Avni Danyal

Aktyor

BİOQRAFİYA

Hüseyn Avni Danyal – türkiyəli aktyordur. Ankara Dövlət Akademik Dram teatrının aktyorudur. Kino və televiziyada canlandırdığı xarizmatik obrazlarla tanınır. Kifayət qədər məhsuldar karyerası olan aktyor 1962-ci ildə Türkiyənin Trabzon şəhərində anadan olub. Beşinci sinifdə oxuyanda atası xidmətlə əlaqədar Ankaraya ezam olunduğundan ailəvi şəkildə paytaxta köçüb. 1985-ci ildə Dokus Eylül Universitetinin incəsənət fakültəsinin aktyorluq bölməsinin məzunu olub, orada bakalavr dərəcəsi əldə edib. Məzun olduqdan dərhal sonra Ankara Akademik Teatrının truppasına qəbul olunub. Teatr səhnəsindəki uğurlarına baxmayaraq daha çox ekranlarda populyarlaşıb. Rejissorlar onu müxtəlif xarizmatik rollara böyük həvəslə dəvət edirlər. Aktyor “Ağ mələk”, Murat Yıldırım, Okan Yalabık, Belçim Bilgin, Beren Saatın baş rollara çəkildiyi “Payızın acısı”, Mehmet Günsür, Belçim Bilginin iştirakı ilə “Eşq təsadüfləri sevər” kimi dramlara çəkilib. Hüseyn Avni Danyal eyni zamanda Türkiyə seriallarında canlandırdığı obrazlarla özünü çox milyonluq tamaşaçılara sevdirib. “Hürrəm Sultan”, “Fırtına”, “Qurdlar Vadisi: Pusu”, “Qiymətsiz zaman” və digər seriallarda oynadığı rolları ilə yadda qalıb. Şəxsi həyatına gəlincə Hüseyn Avnı Daynal altı dəfə evli olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/husein_avni_danyal/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç