Rafi Qavron

Rafi Qavron

Aktyor, prodüser

BİOQRAFİYA

Rafael Piçi (Rafi) Qavron 24 iyun 1989-cu ildə Hendonda (Böyük Britaniya) anadan olub. “Qarət”, “Beş dəqiqəlik mənim oğlanım ol”, “Mürəkkəb səma” filmlərindəki, “Həyat bilinməzdir” ailə şousunda Baqa və digər rolları ilə tanınıb. Qavron Şimali Londonda Hendonda yazıçı Marta Piçi və Saymon Qavronun ailəsində anadan olub. Rafi Amerika vətəndaşıdır. Onun ata tərəfdən Tel-əvivdə doğulan baba və nənəsi Robert Qavron və Hanna Fivel millioner filantroplardır. Onun ulu babası Tosko R.Fivel yazıçı olub. Rafinin Benjamin və Mozes adlı iki kiçik qardaşı var. Onun ilk rolu “Qarət” filmində olub. Filmdə Qavron bir neçə tryuku özü icra edib. Roluna görə “Ümidverici gənc aktyor” kateqoriyasında British Independent Film Awards mükafatına namizəd olub. Qavron NBO da yayımlanan “Roma” serialında Duro rolunu ifa edib. “Beş dəqiqəlik mənim oğlanım ol” filmində gey musiqiçi rolunda çəkilib. 2009-cu ildə  “Mürəkkəb səma” nağılında “Min bir gecə” personajı Fərid rolunda çıxış edir. 2009-cu ildə 24 saat kult teletrillerində terrorçunun kiçik qardaşı Həmid Al-Zariana rolunda çıxış edib. 2009-cu ilin mayında “Sonuncu mahnı” melodramında baş kişi rolunu alsada, filmdə Lian Hemsvort çəkilib. 2010-cu ildə CW kanalında yayımlanan “Həyat bilinməzdir” dramının ilk mövsümündə Baqa rolunda çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B0%D0%B2%D1%80%D0%BE%D0%BD,_%D0%A0%D0%B0%D1%84%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç