Yul Vaskes

Yul Vaskes

Aktyor

BİOQRAFİYA

Yul Vaskes 1965-ci ildə anadan olub. Kuba əsilli amerikalı aktyor və musiqiçidir. ABŞ teleməkanında yayımlanan populyar “Saynfeld” serialında Bob rolu ilə məşhurlaşıb. Böyük kinoda daha çox “Pis oğlanlar 2” (2003), “A-komandası” (2010), “Qaçaq gəlin” (1999), “Qanqster” (2007) filmlərində oynadığı rolları ilə tanınır. Aktyor karyerasına qədəm qoymazdan əvvəl “Urgent” və “Diving For Pearls” kimi rok qruplarda gitaraçı olub. “Qanun və qayda”, “Soprano sülaləsi”, “Nəzər nöqtəsi”, “Qanun və Qayda: xüsusi korpus”, “Mələyin toxunuşu”, Böyük şəhərdə seks”, “Məzar nağılları” kimi populyar seriallara çəkilib. 2008-ci ildə “Qanqster” kriminal dramının kollektivinin tərkibində bədii filmdə ən yaxşı aktyor heyəti nominasiyasında ABŞ kinoaktyorları gildiyasının mükafatına namizəd olub. Stiven Adli Qircisin “Papaqlı yaramaz” teatr tamaşasında oynadığı rola görə bir çox mötəbər teatr mükafatları, o cümlədən “Toni” mükafatına layiq görülüb. 2002-ci ildən aktrisa Linda Larkinlə evlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D1%81%D0%BA%D0%B5%D1%81,_%D0%AE%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç