Ceraldin Çaplin

Ceraldin Çaplin

Aktrisa, ssenarist

BİOQRAFİYA

Ceraldina Li Çaplin 31 iyul 1944-cüi ildə Kaliforniyanın Santa-Monika şəhərində anadan olub. Çarli Çaplinin son həyat yoldaşı Una Onildən olan ilk övladıdır. Uşaqlığının böyük hissəsi İsveçrənin internat məktəbində uşaqlığında baletlə məşğul olub. Səkkiz yaşında olanda Çarli Çaplinin “Rampanın işıqları” filmində görüntülənib. Atasının yolunu tutaraq aktrisa olub. 1965-ci ildə atasının sonuncu filmi sayılan “Honkonq qrafinyası” filmində rol alıb. Əfsanəvi kinokomik Çarli Çaplinin qızı, Nobel laureate Yucin Onilin nəvəsidir. Həyatının 25 ilini əri Karlos Saura ilə İspaniyada keçirib. Həm ispandilli (“Qarğanı yemlə”, “Onunla danış”, “Sığınacaq” ) həm də ingilisdilli (“Həkim Jivaqo”, “Neşvill”) filmlərə çəkilir. İki ildən sonra Karlos Sauro ilə tanış olub. Onların sevgi münasibətləri 1967-ci ildən 1979-cu ilə kimi davam edib. 1974-cü ildə Şeyn adlı oğlu doğulub. Hazırda Ceraldina Patrisio Kastilya adlı çilili kinooperatorun həyat yoldaşıdır. Onların birgə nikahdan Una adlı qızları var. Hazırda aktrisa ailəsi ilə birlikdə Mayami şəhərində yaşayır. Ceraldina Çaplin Karlos Sauranın əksər filmlərinə çəkilib, həmçinin fransalı rejissorlar, Jak Rivett, Alen Rene, Klod Leluşla da əməkdaşlıq edib. 1992-ci ildə “Çaplin” bioqrafik dramında doğma nənəsi Hannanın obrazını canlandırıb. Həmin rola görə üçüncü dəfə “Qızıl Qlobus” mükafatına namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%B0%D0%BF%D0%BB%D0%B8%D0%BD,_%D0%94%D0%B6%D0%B5%D1%80%D0%B0%D0%BB%D1%8C%D0%B4%D0%B8%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç