Stokard Çenninq

Stokard Çenninq

Aktrisa

BİOQRAFİYA

Stokard Çenninq 13 fevral 1944-cü ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Anası irland əsillidir. 1963-cü ildə 19 yaşında tələbə Çenninq Uolter Çenninqə ərə gedib. Nikahdan sonra öz adını ərinki ilə birləşdirərək Stokard Çenninq olub. Aktrisa karyerasına Boston teatr şirkətində qədəm qoyub. 1971-ci ildə Brodvey səhnəsində debütünü gerçəkləşdirib. Böyük ekranlarda isə ilk dəfə 1971-ci ildə istehsal olunmuş “Xəstəxana” filmində görüntülənib. Ona uğur gətirən film 1975-ci ilin “Taley” dramı olub. Filmdə Cek Nikolsonla baş rollara çəkilib. 1978-ci ildə 33 yaşlı Stokard gənc və yetişməkdə olan aktyor Con Travolta və kantri musiqisi ulduzu Oliviya Nyuton-Conla “Briolin” brodvey müziklının ekranizasiyasında rol alıb. Yaşının çox olmasına baxmayaraq yuxarı sinif şagirdi rolunun öhdəsindən layiqincə gəlib. 1980-ci illərdə kino və televiziyada uğursuzluğa düçar olduğundan teatr səhnəsinə geri dönüb. 1985-ci ildə “Co Eqqanın ölüm günündə” pyesindəki roluna görə “Toni” mükafatı laureatı olub. 1993-cü ildə “Uzaqlaşmanın 6 mərhələsi” filmində oynadığı rolla aktrisanın şöhrət ulduzu yenidən parlayıb; film ona “Oskar” və “Qızıl Qlobus” nominasiyası qazandırıb. Ardınca “Tüstü” (1995), “Alatoranlıq” (1999) filmlərində uğurlu rollar alıb. 1996-cı ildə “Birinci xanımlar klubu” filmində epizodik rola çəkilib. 1990-cı illərin sonlarında aktrisa üç istiqamətdə - kino, televiziya və teatrda tələb olunan sənətçiyə çevrilib. 1998-ci ildə onun iştirakı ilə “Praktiki sehr”, 2000-ci ildə “Qəlbin olduğu yer”, 2003-cü ildə isə “Başqa şeylər” filmləri işıq üzü görüb. “Qərb qanadı” serialında və “Mettyü Şepardın hekayəsi” telefilmində oynadığı rollara görə 2002-ci ildə 2 “Emmi” mükafatı qazanıb. “Briolin” müziklındə orta məktəb şagirdi Betti Ritso rolu ilə məşhurlaşıb. “Emmi” və “Toni” mükafatları laureatıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Stockard_Channing

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç