Keyt Hadson

Keyt Hadson

Aktrisa, prodüser, rejissor, ssenarist

BİOQRAFİYA

Keyt Hadson 19 aprel 1979-cu ildə sənətçi ailəsində anadan olub. Artıq 3 yaşındaykən "Vanity Fair" adlı jurnalın üz qabığına çəkilib. Anası aktrisa Qoldi Houn, atası isə müğənni Bill Hadson olan qızcığazın, gələcəkdə incəsənət yolunu seçməsi artıq məlum məsələ idi. Valideynləri, Keyt 2 yaşındaykən boşanıblar. Ona görə də, Keyti anasının dostu olan Kurt Rassel tərbiyə edərək böyüdüb. İllər sonra, müsahibələrin birində "Öz atam mənə sanki yad olub, mən Kurt Rasseli ata yerinə qoyuram" deyirdi. Uşaqlıqdan rəqsə böyük marağı olan Keyt, elə o zamanlardan ətrafdakıların diqqətini özünə yönəltməyə başladı. Anası onun aktrisa olmasına etiraz edirdi. Buna görə də, məktəbdə təhsilini başa vurduqdan sonra o, Nyu-Yorkda yerləşən universitetlərin birinə daxil olur, lakin buradakı təhsilini yarımçıq buraxır, çünki onun istəyi böyük ekran idi. 1998-ci ildə aktrisanın debütu reallaşdı, amma "Üzücü kədər" və "Rekoşet çayı" adlı filmlər ona məşhurluq gətirə bilmədi. Bir müddət sonra 2000-ci ildə Keyt tamaşaçılar tərəfindən "Artıq məşhur" filminə görə sevilməyə başlayır. Kemeron Krouya məxsus olan bu lent çoxlu sınaqlardan keçir. Sonda, bu lentdə ifa etdiyi, ikinci dərəcəli rola görə Keyt "Oskar"a layiq görüldü. 2 il sonra, 2002-ci ildə ona "Hörümçək adam" filmində rol təklif olunur. Lakin o, daha dərin və mənalı filmlərə üstünlük verdiyi üçün rədd cavabı verib, Şekhar Kapura məxsus olan "4 lələk" filmində çəkilir. "Hörümçək adam" filmində isə Keytin yerinə Kirsten Danst lentə alınır. "Hər gözəlin bir eybi var", deyimini əlində bayraq tutaraq, qulaqlarını gizlətməyə belə çalışmayan aktrisa, hər zaman sol əli ilə yazır. Aktrisanı tamaşaçılara daha yaxın edən və gənclərin ürəyincə olan "Oğlandan 10 günə necə canı qurtarmaq olar" filmi isə, ən çox izlənilən filmlərdən biri olur. Keyt Hadson və Metyu Mak Konaxi cütlüyu hələ uzun müddət insanların yaddaşına həkk olunacaq kimi görünür. İki dəfə ailə həyatı quran aktrisa, elə ikisində də boşanmağa qərar verib. İlk dəfə 2000-ci il dekabrın 31-də müğənni ailəsindən olan Kris Robinsonla nikaha girir. Toy məclisində yalnız dost və yaxınlar iştirak edirdi. Bu xoşbəxt cütlük 3 il sonra boşanmağa qərar verir. Bu nikahdan onun Rayder adlı bir oğlu da var. "O, mən və onun dostları" filmində Keytin sevgilisi rolunu canlandıran Ouen Uiolson, elə həyatda da sevgilisinə çevrildi. Onlar ailə qurdular, lakin bu nikah da uzun çəkmədi. Maraqlı faktlardan biri də odur ki, "Doqquz" filmində baş rola görə Enn Hetuey və Siyenna Miller kimi məşhur aktrisalar mübarizələr aparsalar da sonda bu rol Keyt Hadsona verildi.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Keyt_Hadson

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç