Ceyms Ayvori

Ceyms Ayvori

Rejissor, operator, ssenarist, aktyor, prodüser

BİOQRAFİYA
Ceyms Frensis Ayvori 7 iyun 1928-ci ildə Kaliforniyada (ABŞ) anadan olub. Atası-irlandiyalı, anası-fransa əsillidir. Cənubi Kaliforniya Universitetinin kinoməktəbində və Oreqon ştatı Universitetində təhsil alıb. (1957-ci ildə bitirib). Yaradıcılığa sənədli kino ilə başlayıb və uzun müddət Hindistanda işləyib. Ayvori XX əsrin əvvəllərində ingilis-amerikan psixoloji realizminin nümayəndələri olan Henri Ceyms, Edvard Forster və digərlərinin əsərlərini ekranlaşdırmaqla məşhurluq qazanıb. 1961-ci ildə öz (homoseksual) sevgilisi İsmail Merçant və yazıçı Rut Praver Cabvala ilə birlikdə Merçant-Ayvori Prodakşn kinostudiyasını yaradır. 1980-cı illərin sonunda 1990-cı illərin əvvəllərində bir sıra filmləri lentə alıb. Ceyms Ayvorinin filmləri özünəməxsusluğu ilə seçilir. Əksəriyyətində aristokrat həyatı və adətləri incəliklə təsvir olunur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B9%D0%B2%D0%BE%D1%80%D0%B8,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BC%D1%81_(%D1%80%D0%B5%D0%B6%D0%B8%D1%81%D1%81%D1%91%D1%80)


FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç