Liza Enn Uolter

Liza Enn Uolter

Aktrisa

BİOQRAFİYA

Liza Enn Uolter 3 avqust 1963-cü ildə ABŞ-ın Pensilvaniya ştatının Bellefonte şəhərində doğulub. Uşaqlığını Merilend ştatının Silver-Sprinq şəhərində keçirib. Anası siciliyalıdır (İtaliya), atası fransızdır. Montgomery Blair High School məktəbini bitirib. Amerika Katolik Universitetində dram sənəti üzrə ali təhsil alıb. Humanitar elmlər üzrə bakalavr dərəcəsi alıb. Daha sonra Uolter Nyu-Yorka köçüb, müxtəlif gecə klublarında stendap komediyaçı olaraq çıxışlar edib. 1995-ci ildən etibarən kinoya çəkilməyə başlayıb. Kinoda ilk əlamətdar rolu 1998-ci ildə ekranlara çıxmış “Valideynlər üçün tələ” filmində oynadığı Çessi rolu sayılır. Ardınca Uolter rejissor, ssenarist və prodüser qismində özünü yoxlayıb. 1980-ci illərdə Liza Enn Sem Baumla ailə qurub. Cütlük 1999-cu ildə yollarını ayırıb. Aktrisanın 4 övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D0%BB%D1%82%D0%B5%D1%80,_%D0%9B%D0%B8%D0%B7%D0%B0_%D0%AD%D0%BD%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç