Melissa Leo

Melissa Leo

Aktrisa

BİOQRAFİYA

Melissa Leo 14 sentyabr 1960-cı ildə Nyu-York şəhərində (ABŞ) anadan olub. Kinoda başlıca olaraq müstəqil film çəkən rejissorlarla əməkdaşlıq edib. “Buz bağlamış çay” filmi ona 2009-cü ildə ən yaxşı qadın roluna görə “Oskar” nominasiyası qazandırıb. İki ildən sonra isə “Döyüşçü” filminə görə ikinci plan aktrisa kateqoriyasında həmin mükafata namizəd olub. 2013-cü ildə “Lui” serialında oynadığı qonaq rola görə “Emmi” mükafatına layiq görülüb. Ümumilikdə karyerası ərzində 130 televiziya və bədi filmdə çəkilib. Daha çox “Döyüşçü” (2010), “Hökm” (2010), “Unutqanlıq” (2013), “Snouden” (2016), “21 qram” (2003) filmlərində oynadığı rolları ilə tanınır. Bundan başqa “Ueynyord Payns” elmi fantastik serialında, “Brod siti”, “Trimey”, “Lui” seriallarında oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D0%BE,_...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç