Kelli Raylli

Kelli Raylli

Aktrisa, prodüser

BİOQRAFİYA

Kelli Raylli 18 iyul 1977-ci ildə Sürrey qraflığında (İngiltərə) anadan olub. Aktrisa karyerasına 90-cı illərin ortalarında “Əsas şübhəli” serialında epizodik rola çəkilməklə başlayıb. Daha sonra Londonda qoyulan tamaşada teatr debütünü edib. İlk baş rolunu 2008-ci ildə “Cənnət gölü” adlı qorxu filmdə oynayıb. Ona şöhrət qazandıran film britaniyalı rejissor Qay Riçinin 2009-cu ildə ekranlara çıxan “Şerlok Holms” filmi və onun 2011-ci ildə buraxılmış “Şerlok Holms: Kölgə oyunları” adlı sikveli olub. Həmçinin “Çeşidləmə” və “Mən və Orson Uells” adlı filmlərdə oynadığı rollara görə tanınır. 2012-ci ildə “Uçuş” filmində baş qadın rolunu oynayıb. Filmdə tərəf müqabili “Oskar” laureatı, aktyor Denzel Vaşinqton olub. 2013-cü ildə ABC telekanalında yayımlanan “Qara qutu” adlı serialda baş rola çəkilib. Bundan savayı “Britaniya” (2017-2018), “Yelloustoun” (2018), “Əsl xəfiyyə” (2015) seriallarında ikinci plan aktrisa rollarında çıxış edib. Karyerası ərzində ümumilikdə 50-dən çox televiziya/bədii filmə və seriala çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%B9%D0%BB%D0%BB%D0%B8,_%D0%9A%D0%B5%D0%BB%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç