Uayatt Rassell

Uayatt Rassell

Aktyor

BİOQRAFİYA

Uayatt Rassell 10 iyul 1986-cı ildə Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Hollivudun ən uzunömürlü sevgi cütlüyü sayılan Kurt Rassell və Qoldi Hounun övladıdır. Aktyorlar Kevin Hadson və Oliver Hadsonun ögey qardaşıdır. Gəncliyində peşəkar səviyyədə hokkeylə məşğul olub. Böyük ekranlarda debütünü “Los-Ancelesdən qaçış” filmində (1996) gerçəkləşdirib. 10-dan çox serial və kinoya çəkilib. “Qəşəng kekslər” (2010), “Cavan ürəklər” (2013), “Böyüklərin məhəbbəti” (2012), “Biz Olduğumuz Kimiyik” (2013) filmlərinin, “Ləng inkişaf” (2003-2013), “Qanun və Qayda: Los-Anceles" (2010-2011), “Gəzən ölülər” (2011-2014), “Qara Güzgü” seriallarının çəkilişi və səsləndirilməsində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Wyatt_Russell

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç