Devid Oyelouo

Devid Oyelouo

Aktyor

BİOQRAFİYA

Devid Oyelouo 1 aprel 1976-cı ildə İngiltərənin Oksford şəhərində anadan olub. Hər iki valideyni nigeriyalıdır. Rəfiqəsinin dəvəti ilə Gənclər teatrının kurslarına gedib. Daha sonra yerli kollecdə dram incəsənətini A səviyyəsində öyrənib. Müəllimi onun mütləq aktyor olmalı olduğunu bildirib. Britaniyanın “Kabuslar” casus serialında MI5 agenti Denni Hanter rolu ilə məşhurlaşıb. Aktrisa Cessika Oyelouo ilə evlidir, onların dörd övladı var. Birlikdə Los-Ancelesdə yaşayırlar. Britaniya imperiyası ordeninin zabitidir. Daha çox “Eşikağası” filmində Lui Qeyns rolu ilə məşhurlaşıb. Bundan başqa “Linkoln” filmində və “Kabuslar” adlı Britaniya teleserialında canlandırdığı obrazlarla tanınır. “Ulduz müharibələri: Qiyamçılar” animasiya serialında agent Kallus personajını səsləndirib. “Selma” filmində (2014) canlandırdığı Martin Lüter Kinq roluna görə “Qızıl Qlobus” mükafatına namizəd olub (ən yaxşı dram aktyoru nominasiyasında).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D0%B9%D0%B5%D0%BB%D0%BE%D1%83%D0%BE,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç