Robert Loca

Robert Loca

Aktyor

BİOQRAFİYA

Robert Loca 3 yanvar 1930-cu ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Əsl adlı Salvatore Locadır. Valideynləri Amerikaya Siciliyadan mühacirət ediblər. Vaqner Kolleci və Missuri Universitetinin məzunu olub, jurnalistika üzrə bakalavr dərəcəsi alıb. Bir müddət ABŞ silahlı qüvvələrində xidmət edib. Robert Loca öz aktyor karyerasını 1950-ci illərin ikinci yarısından Brodveydə başlayıb. Karyerası ərzində 220-dən çox kino və serial rolu olub. 1986-cı ildə “Dişli ülgüc” lentinə görə ən yaxşı ikinci plan aktyoru nominasiyasında “Oskar” mükafatına namizəd olub. 1990 və 2001-ci illərdə isə “Emmi” nominantı olub. 1990-cı ildə Tom Henksin baş rola çəkildiyi “Böyük” fantastik komediyasında canlandırdığı obraza görə “Saturn” mükafatı ilə təltif olunub. 2010-cu ildə ona Alzheymer diaqnozu qoyulub. Aktyor 4 dekabr 2015-ci ildə vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/robert_lodzha/

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç