Key Key Menon

Key Key Menon

Aktyor

BİOQRAFİYA

Key Key Menon 23 avqust 1964-cü ildə Hindistanın Kerala şəhərində anadan olub. Uşaqlıq illəri Ambarnat və Punedə keçib. Mumbay universitetində ali təhsil alıb, fizika üzrə bakalavr dərəcəsi əldə edib. Daha sonra 1988-ci ildə Pune universitetində marketinq sahəsi üzrə magistr pilləsinə yüksəlib. Aktyor karyerasına teatr səhnələrində qədəm qoyub. Tamaşalarda iştirakına paralel olaraq Marlboro və Honda kimi brendlərin reklam çarxlarına çəkilib. Məhz teatrda gələcək həyat yoldaşı Niveditlə tanış olub. Bir müddətdən sonra Key televiziya sahəsində fəaliyyətə başlayıb, “Pradhan Mantri” şousunda və “Mahakaliyə aparan son qatar” və “Zebra 2” seriallarına çəkilib. 1995-ci ildə Bollivuda dəvət alıb. Çəkildiyi ilk bədii film (“Nazim” (1995)) kassa gəlirləri baxımından uğurlu olmasa da, tənqidçilər onun aktyor ifasını yüksək qiymətləndiriblər. 2004-cü ili karyerasının ən uğurlu illərindən hesab etmək olar. Belə ki, həmin il bir neçə yüksək reytinqli filmin çəkilişlərində iştirak edir. Belə filmlərdən biri 1993-cü ildə Bombeydə baş vermiş real hadisələr əsasında lentə alınmış “Qara cümə” dramıdır (2004-cü ildə ekranlara çıxıb). Oynadığı rol K.K.Menona uğur və şöhrət qazandırır, Bollivudun tələb olunan aktyorlarından birinə çevrilir. Həmin film Lokarno kinofestivalında nümayiş olunur və yüksək rəy qazanır. 2007-ci ildə “Böyük şəhər həyatı” adlı filmə çəkilib. Şilpa Şettinin tərəf müqabili olduğu film həm kommersiya, həm də tənqidçilərin rəyi baxımında müvəffəqiyyət əldə edib. Key Key Menon çoxşaxəli aktyordur, həm müsbət həm də mənfi obrazların öhdəsindən məharətlə gəlir, həm komediya həm də dram janrlarında çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Kay_Kay_Menon

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç