Arnold Şvartsenegger

Arnold Şvartsenegger

Aktyor

BİOQRAFİYA

Arnold Alois Şvartsenegger 30 iyul 1947-ci ildə Avstriyanın Qrats şəhəri yaxınlığında yerləşən Tal kəndində anadan olub. Polis zabiti olan atası Qustav oğlunu futbolçu kimi görmək istəyirdi. Arnold isə uşaqlıqdan bəri ağırlıqqaldırma ilə məşğul olurdu. 1965-ci ildə Arnoldu hərbi xidmətə çağırırlar. Elə həmin ildə o bodibildinq üzrə "Cənab Avropa" yarışmasında iştirak etmək üçün özbaşına hərbi hissəni tərk edir və həmin yarışmada iştirak edərək qalib gəlir. İki il sonra isə o dünyanın ən gənc "Cənab Dünya" titulunu qazanmış idmançı olur. Sonradan o bu titulu daha dörd dəfə əldə edir. 21 yaşı tamam olanda Arnold ABŞ-a köçür. Bodibildinq məşqlərini burada da davam etdirir. O burada həmçinin Viskonsin Universitetində təhsil alır və 1979-cu ildə biznes və beynəlxalq iqtisadiyyat üzrə dərəcə alır. İdmandan gələn gəlirlərlə daşınmaz əmlak alır və bodibilderlər üçün məşq alətləri satan şirkət açır. 22 yaşında isə artıq milyonçu olur. 1987-ci ildə Maria Şrayver ilə ailə həyatı qurub. Dörd uşağı var. Kaliforniyanın 38-ci qubernatoru olub. Arnold ürəyindən iki əməliyyat keçirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Arnold_Şvartsenegger

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç