Kevin MakNelli

Kevin MakNelli

Aktyor

BİOQRAFİYA

Kevin Robert Maknelli 27 aprel 1956-cı ildə İngiltərənin Bristol şəhərində anadan olub. Uşaqlığı Birminqem şəhərində keçib. Məktəbi həmin şəhərdə bitirib. 16 yaşında olanda Birminqem Repertuar teatrının truppasına qoşulub. Bir ildən sonra Kral Dram İncəsənət Akademiyasına təqaüd qazanıb. 1976-cı ildə kinoda debütü baş tutub. 2016-cı ilə kimi 130-dan çox bədii film və seriala çəkilib. 2012-ci ildə Maknelli “Assassins Creed III” oyununda Robert Folkner personajını səsləndirib. Daha çox “Karib dənizinin quldurları” saqasında canlandırdığı Coşami Qibbs rolu ilə məşhurdur. Keçmiş vətəndaş nikahından Reyçel adlı qızı var. 1994-cü ildə şotland aktrisa Fillis Loqanla evlidir. Bu izdivacdan 1996-cı il təvəllüdlü Devid ağlı oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D0%BD%D0%B5%D0%BB%D0%BB%D0%B8,_%D0%9A%D0%B5%D0%B2%D0%B8%D0%BD

 

 

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç